top
Qarlı və sərfəli: qışda hara getmək olar?
05 yanvar 2022, 00:13
- ↺ +

Qarlı və sərfəli: qışda hara getmək olar?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda qışda istirahət etmək üçün bir çox rayonlarımıza üz tutmaq olar. Həmin rayonlardakı hotellərin qiymətləri baha olduğundan qış turizmi əhali üçün əlçatmaz olur. Lakin bahalı istirahət mərkəzlərində dincəlmək yeganə çıxış yolu deyil. İnsanoid qış aylarında ölkəmizin bölgələrində dincəlməyin sərfəli yollarını araşdırıb.

Qubaya avtobus səyahətinin qiyməti 4 manat təşkil edir. Burada Çənlibel gölü, dağ arası kəndlər və şəlalələr yerləşir. Adambaşı otağın qiyməti 70 manatdan başlayır.

Qusara biletin qiyməti 4,2 manat təşkil edir. Bir nəfərlik gecələmək üçün otağın qiyməti isə 50 manatdan başlayır. Azərbaycanın ən uca nöqtəsi, Bazardüzü dağı, Şahnabaz və Laza şəlalələri, Şeyx Cüneyd məqbərəsi və qədim məscidlər burada yerləşir.

Qusarda, həmçinin “Şahdağ” turizm kompleksi fəaliyyət göstərir. Bir günlük tur ortalama 50 manata başa gəlir. Bu qiymətə kanat yolları, macəra parkı, kvadrasikl və xizək kirayəsi daxildir.

Təbii iqlim şəraiti və mineral bulaqları ilə seçilən Qəbələyə bilet 7,6 manatdır. Bir nəfərlik gecələmək üçün otağın qiyməti 50 manatdan başlayır. Bazardüzü zirvəsi, ən hündür dağ gölü olan Tufangöl, ən hündür şəlaləsi olan Mucux burada yerləşir. Həmçinin Qəbələdə Şabalıd meşəsi, Nohur gölü və Yeddi gözəl şəlaləsi var. Sözügedən bölgədə 18-ci əsrə aid Cümə məscidini və 4-cü əsrə aid alban məscidini də ziyarət etmək olar.

Bununla yanaşı, Qəbələdə “Tufandağ” qış turizm mərkəzi yerləşir. Mərkəzdə kanatla gəzintilər, xizək sürmə və digər əyləncə xidmətləri təklif olunur.

Ümumi ərazisi 16 hektar olan “Qəbələnd” attraksion parkı da burada yerləşir. Park 40-dan çox əyləncə obyektindən ibarətdir. Kompleksə giriş qiyməti 10-15 manatdır. Lakin kartinq üçün əlavə 10 manat ödəniş olunmalıdır.

Qaxa biletin qiyməti 9,6 manatdır. Burada evlərin qiyməti bir gecə üçün 30-60 manat arasında dəyişir. Qiymətə yalnız evlərdə gecələmə daxildir. Sözügedən dağlıq ərazidə 17-18-ci əsrlərdə gözətçi qalası məqsədilə tikilmiş Sumuq qala və qış aylarında donan şəlalələr yerləşir.

Həmçinin Qaxda “Snow Tubing Park Ilisu” kompleksi mövcuddur. Parkın ərazisində 5 sürüşmə zolağı var. Zolaqların 3-ü böyüklər, 2-si isə uşaqlar üçün nəzərdə tutulub. Ən uzun məsafə 150 metr, ən qısa məsafə isə 72 metr təşkil edir. Kompleksə giriş 35 manatdır.

İsmayıllı İvanovka, Qalacıq, Basqal və Lahıc kəndləri ilə məşhurdur. Buraya getmək üçün biletin qiyməti 6,20 manatdır. Evlərdə bir otağın qiyməti isə 40 manatdan başlayır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:53

Reper Navai Qazaxıstanda yeni cəza ilə üz-üzədir

Cəmiyyət
Bu gün, 09:26

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
Dünən, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
Dünən, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
Dünən, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
Dünən, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
Dünən, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Bütün Xəbərlər
Dünən, 14:48

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Bütün Xəbərlər
Dünən, 14:02

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb

Bütün Xəbərlər
Dünən, 13:32

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı dezinformasiya yayıb

Bütün Xəbərlər
Dünən, 13:27

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək

Bütün Xəbərlər
Dünən, 12:27

Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Bütün Xəbərlər
Dünən, 10:54

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Bütün Xəbərlər
Dünən, 10:35

Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:32

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Bütün Xəbərlər
Dünən, 10:12

"Həbsxanada öləcək": Tupak Şakurun qətlinin təşkilatçısına 30 ildən sonra hökm oxundu

Bütün Xəbərlər
Dünən, 09:49

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Bütün Xəbərlər
Dünən, 09:16

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Bütün Xəbərlər
Dünən, 09:07

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bütün Xəbərlər
13 oktyabr 2026, 17:17

Fransada kiberhücum: Hakerlər soyuducuları sobaya çevirdilər

Oxşar xəbərlər