Bakıda yük dəmiryol xəttinin üzərində ölüm hadisəsi baş verib. Bu barədə 15 dekabr tarixində Apa “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən məlumat verib.
Verilən məlumata görə, naməlum şəxs gecə saatlarında 25 vaqonluq qatarın 12-ci vaqonunun altından keçməyə cəhd göstərib. Həmin zaman qatar hərəkət edib və o vaqonun təkərləri altında qalaraq həlak olub.