Qax rayonu Şotavar kənd sakini Rəşid Allahverdizadə dələduzluq əməlləri ilə ümumilikdə 17 min manata yaxın pul ələ keçirdiyinə görə saxlanılıb. Bu barədə oktyabrın 18-də DİN məlumat verib.
Məlumata əsasən, Qax sakinləri polisə Rəşid adlı şəxsin guya onlara pul müqabilində əlillik dərəcələri təyin etdirəcəyini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.
Bu şəxsin digər şəhər və rayonlarda da oxşar cinayətlər törətdiyi istisna olunmur.
Başqa zərərçəkənlər olarsa, bu barədə Qax Rayon Polis Şöbəsinə müraciət etmələri, (024) 255 23 52 nömrəsi və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.