Qax rayonunun təsərrüfatlarında 2021-ci ilin payızında 2022-ci ilin məhsulu üçün 13 mindən çox sahəyə taxıl səpilib. Bu barədə 29 mart tarixində Azərtac məlumat verib.
Məlumata əsasən, onlardan 8 min hektardan çoxunu buğda, 4 min hektardan çoxunu arpa sahələri təşkil edir.
Qeyd olunub ki, indiyədək 11 min 350 hektar sahəyə yemləmə gübrəsi verilib və bu iş davam etdirilir.