Cari ildə Qax rayonunda 560,8 ton quru tütün istehsal edilib. Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən 15 dekabr tarixində Azərtac məlumat verib.
Məlumata əsasən, rayonda tütün yığımı əsasən başa çatıb. Cari ildə fermerlər 477 hektar ərazidə tütün yetişdirib. 465 hektar sahədə “Virciniya botaniki” növü, 12 hektar ərazidə isə yerli tütün sortları əkilib.
Dövlət Statistika Komitəsinə əsasən, 2020-ci ildə Qax rayonunda 496 hektar ərazidən 755,6 ton tütün istehsal edilib.