Qaxda ağacların kəsilməsi faktı aşkarlanıb. Bu məlumatı dekabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi paylaşıb.
Araşdırma zamanı ağacların Qax rayon sakini tərəfindən kəsildiyi və təbiətə 17 400 manat məbləğində ziyan dəydiyi məlum olub.
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”, - deyə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətin rəsmisi qeyd edib.