Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb. Bu barədə aprelin 30-da Report-a DİN-dən məlumat verilib.
Hadisə Qax rayonunun Zəyəm kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş verib.
Oğurluğu törədən şəxsin zərərçəkmişin həmkəndlisi və iş yoldaşı Qurban Qurbanlı olduğu müəyyən edilib. O, əməlini etiraf edib və oğurladığı motosikleti Bakıda 600 manata satdığını bildirib.
Daha sonra məlum olub ki, həmin motosiklet paytaxtdan Gəncə şəhərinə satılıb. Nəqliyyat vasitəsi oradan götürülərək istintaqa təqdim edilib.
Faktla bağlı cinayət işi başlanılıb.