Qax şəhərində tullantı sutəmizləyici qurğunun tikintisinə başlanılıb. Bu barədə yanvarın 7-də “Azərsu” ASC-dən məlumat verilib.
Qurğu istismara verildikdən sonra şəhərdə yaranan tullantı suları burada zərərsizləşdirilərək kənarlaşdırılacaq.
Layihə çərçivəsində 119 kilometrlik içməli su və 81 kilometrlik tullantı su şəbəkələri inşa edilib, 28 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılıb.
Ümumilikdə 22 şəhərdə yeni tullantı sutəmizləyici qurğu tikilərək istismara verilib, 7 şəhərdə qurğuların tikintisi davam etdirilir.
[gallery columns="1" size="full" ids="21708"]