20 Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edilib. Bu barədə yanvarın 10-da APA məlumat yayıb.
Məlumata görə, 12 vətəndaş Nur-Sultan şəhərindən Moskvaya, oradan isə Bakıya göndərilib. 8 nəfər isə Almatıdan quru sərhəd ilə Qırğızıstanın Bişkek şəhərinə çatdırılıb.
“Həmin Azərbaycan vətəndaşları Bişkekdən Moskvaya, oradan isə Bakıya yola salınıb. Daha 10 nəfərin təxliyəsi planlaşdırılır”, - deyə qeyd olunub.
Qazaxıstanda baş verən hadisələr nəticəsində xəsarət alan Azərbaycan vətəndaşları barəsində Səfirliyə məlumat daxil olmayıb.