Azərbaycanda qazi və şəhid ailələrinin təminatına ümumilikdə 48 milyon manatdan çox vəsait xərclənib. Bu barədə noyabrın 22-də “YAŞAT” Fondu məlumat verib.
Sözügedən məbləğdən 31 milyon manat məişət şəraitinin yaxşılaşdırılmasına ayrılıb. Öhdəliyə götürülmüş şəxslərin borclarının qarşılanması üçün isə 5 milyon manatdan çox vəsait sərf edilib.
Həmçinin tibbi xərclərin ödənilməsinə 11 milyon manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə 631 min manat xərclənib.
Ümumilikdə fondda 64 611 281,3 manatdan 16 456 116,34 manat qalıb.