Azərbaycanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının 130-dan çox təmsilçisinin Şuşa şəhərinə səfəri başlayıb. Bu barədə sentyabrın 11-də Report məlumat verib.
Onlar şəhərdəki Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində olacaq, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət edəcəklər.