Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından bölgələrə qeyri-qanuni sərnişin daşıyan sürücülərlə bağlı gələn həftədən reydlər keçirəcək və ciddi tədbirlər görüləcək. Bu haqda Dövlət Avtomobil Nəqliyyatı Xidməti oktyabrın 7-də məlumat verib.
Xidmətin əməkdaşının sözlərinə görə, qeyri-qanuni sərnişin daşıyan sürücülər Bakı və bölgələrdəki avtovağzallarda qoyulan qiymət tarifindən artıq məbləğə sərnişin daşıyırlar.
Həmçinin bu səbəbdən sərnişinlərin çox hissəsi bölgələrə getmək üçün avtovağzaldan istifadə etmirlər.