Baş Prokurorluqdan aprelin 29-da APA-ya verilən xəbərə görə, qanunsuz ağackəsmə və balıq ovu barəsində 10 cinayət işi başlanıb.
Pozuntular Qaradağ, Masallı, Cəlilabad, Ağcabədi, İmişli, Sabirabad, Füzuli, Lerik rayonları, Gəncə və Sumqayıt şəhərləri ərazilərində, o cümlədən milli parkların ərazilərində aşkar edilib.
Bundan əlavə, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş bitkilərin kəsilməsi, meşə ərazisində ağacların vəzifəli şəxslər tərəfindən mənimsənilməsi, o cümlədən milli qoruqların mühafizə rejimlərinin pozulması faktları da aşkarlanıb.
Ağac və digər qorunan bitkilərin kəsilməsi nəticəsində 35 min manat məbləğində ziyan dəyib.