Abşeron rayonu Qobu qəsəbəsində 9 marketdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə mayın 3-də Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Qobu qəsəbə sakini marketlərin birindən 15 min manat dəyərində tütün və ərzaq məhsulları, habelə kassadan nağd pul ələ keçirib. O, ümumilikdə 9 marketdən oğurluq edib və ələ keçirdiyi məhsulların bir hissəsini torpağın altında gizlədib.
Daha öncə də məhkum olunmuş şəxs ifadəsində törətdiyi əməlləri etiraf edib.
Faktlarla bağlı araşdırmalar davam edir.