Rusiyanın “Utair” aviaşirkəti cari ilin may ayından etibarən Qroznıdan Bakıya ilk müntəzəm reysləri açmağı planlaşdırır. Bu barədə 9 aprel tarixində Çeçenistanın nəqliyyat və kommunikasiyalar naziri Ramzan Çerxiqova istinadən TASS məlumat verib.
Məlumata əsasən, Bakıya və İrəvana müntəzəm uçuşlar həyata keçirmək üçün Federal Hava Nəqliyyatı Agentliyinə müraciət edilib. Həmçinin mayın 6-dan Qroznı ilə Antalya arasında müntəzəm uçuşların bərpa olunacağı gözlənilir.