Qubada narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub. Bu barədə martın 10-da Report DİN-ə istinadən məlumat verib.
Rayon sakini Amil Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil Quba rayonu ərazisində saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. Daha sonra həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.
Sürücü 15 gün müddətinə inzibati qaydada həbs edilib.