Ötən gün, aprelin 22-də Qubadlının Teymur Müskanlı kəndində minaya düşən 29 yaşlı şəxsin ayağı amputasiya olunub. Bu haqda aprelin 23-də Report xəbər verib.
Yaralanan Tovuz rayon sakini Bəybala Nəsibov Gəncə xəstəxanalarından birinə köçürülüb. Onun sol ayağı amputasiya olunub, huşu özündədir və hazırda vəziyyəti orta-ağır olaraq qalır.
B.Nəsibov Qubadlıda avtomobil yolunun inşasında çalışanlardan olub. O, işdən qayıdarkən yolda piyada əleyhinə minaya düşüb.
Faktla bağlı araşdırma davam edir.