Dünən, noyabrln 17-də Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının sabiq komandanı Rüstəm Muradov bir erməni hərbçisinin cəsədini təhvil alaraq Yerevana qayıdıb. Bu barədə Trend məlumat verib.
Məlumata görə, Rüstəm Muradov erməni əsirlərinin geri qaytarılması üçün Bakıya gəlmişdir.
Qeyd edək ki, Ermənistanla sərhəddə vəziyyət noyabrın 9-dan gərginləşib. Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 9-u və 15-i Kəlbəcər rayonu, noyabrın 16-sı isə Gədəbəy, Tovuz, Laçın və Ağstafa rayonları atəşə tutulub. Nəticədə Azərbaycan ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər isə yaralanıb.