Rüşvət almada təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Rövşən Babayev, hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Yaşar Hüseynovun məhkəməsi başlayıb. Bu haqda dekabrın 18-də Report məlumat yayıb.
Bakı Hərbi Cinayətlər Məhkəməsində keçirilən prosesdə onların anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 29-da baş tutacaq.
Rəsmi məlumata əsasən, Sabunçu rayon idarəsinin sabiq rəisi R.Babayev 11 nəfər çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün onlardan 22 min 800 manat məbləğində rüşvət tələb edib. O, bu əməli Y.Hüseynov, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə əlbir olaraq törədib.
Sözügedən şəxslər barəsində “rüşvət alma” maddəsi ilə ittiham elan edilib.