İran 5 oktyabr tarixində Naxçıvandakı hərbi hissələri təchiz edən Azərbaycan təyyarələrinin İran hava sahəsindən uçuşuna qadağa qoyub. Bu barədə APA hərbi dairələrdən mənbəyə istinadən xəbər verib.
Mənbəyə əsasən, İran bu addımı Ermənistanın təsiri altında atıb.
Naxçıvana hərbi xidmətə çağrılanlar və xidmətdən tərxis olunan hərbi qulluqçular oraya hərbi təyyarə ilə yollanırlar. Verilən məlumatda bildirilir ki, Azərbaycan Naxçıvandakı hərbi hissələrin təchizatı üçün bu marşrutdan az istifadə edir. Bu səbəbdən İranın qadağası Azərbaycana bir o qədər də mənfi təsir göstərməyəcək. İranın isə daşımalar üçün Azərbaycanın ərazisindən daha çox istifadə etməsi qeyd olunub.