Noyabrın ötən dövrü ərzində Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektarı mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə noyabrın 19-da Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Görülən tədbirlər nəticəsində 38 piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Göstərilən istiqamətdə sərhəd boyunca 1230 metr məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 metr məsafədə isə işlər davam etdirilir.
[URIS id=13445]