İran qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini yenidən açıb. Bu haqda yanvarın 11-də APA məlumat yayıb.
Koronavirusun Omicron ştamına görə 15 gün öncə bağlanan sərhədlər yenidən açılıb.
İrana səfər üçün qonşu ölkələrin vətəndaşları PCR testi verməlidir.