İranın XİN başçısının Azərbaycana birgünlük səfəri başlayıb. Nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
***
10:41
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bugün, dekabrın 22-də Azərbaycana səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti məlumat verib.
Səfər çərçivəsində qonşu ölkənin nümayəndəsi Prezident İlham Əliyev, XİN başçısı Ceyhun Bayramov və başqa rəsmi şəxslərlə görüşəcək.
H.Ə.Abdullahian IRIB kanalına müsahibəsində Tehran-Bakı əlaqələrin yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq inkişafa meyilli olduğunu deyib.
“Ötən iki ayda Azərbaycanın bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq. Bu ay İlham Əliyev və İbrahim Rəisi Aşqabadda keçirilən sammit çərçivəsində görüşüblər. Görüş müsbət və konstruktiv olub”, - deyə İranın rəsmisi bildirib.
Ceyhun Bayramovun dəvəti əsasında həyata keçiriləcək səfər proqramına, həmçinin iki ölkənin XİN rəhbərlərinin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.