İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan xoş niyyət əlaməti olaraq Azərbaycan və Ermənistanın paytaxtlarını ziyarət etmək istəyir. O, bunu oktyabrın 6-da "Rossiya-24" telekanalına müsahibəsində deyib.
Diplomat bildirib ki, qonşularla əlaqələrin inkişafı yeni İran hökumətinin əsas prioritetlərindən biridir: “Azərbaycan və Ermənistan İranın yaxşı qonşularıdır. Onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik”.
Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Tehrana səfər etdiyini xatırladan Abdollahiyan, Azərbaycanın xarici işlər nazirinin də Tehrana səfər etmək imkanı olsaydı, yaxşı olacağını söyləmişdi.
İranın xarici işlər naziri qeyd edib ki, fürsət yaranan kimi Azərbaycan və Ermənistan paytaxtlarını ziyarət edəcək.