"İran və Türkiyənin araşdırma mərkəzləri Azərbaycanın dəvətilə ölkəmizə gəlib". Bu barədə sentyabrın 22-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib.
Məqsəd İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyətin, problemli məsələlərin və nəqliyyat layihələrinin müzakirəsidir.
Sədrin sözlərinə görə, İranla Azərbaycan arasında müəyyən gərginlik müşahidə edilib.
Daha öncə, sentyabrın 15-də Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsü Azərbaycan polisləri tərəfindən saxlanılıb. Bu barədə DİN məlumat verib.
Sentyabrın 12-də isə kütləvi informasiya vasitələri İrandan qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olan nəqliyyat vasitələrinin sayını açıqlayıb. Caliber-in məlumatına görə, avqustun 11-dən sentyabrın 10-dək 58 yük maşını (xüsusən yanacaq və sürtkü yağları ilə yüklənmiş) Qarabağ ərazisinə girib, onlardan 55-i geri qayıdıb.