İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Bu barədə oktyabrın 11-də Merhnews xəbər agentliyi məlumat yayıb.
“Azərbaycan və Ermənistan İranın iki yaxşı qonşusudur, buna görə də onların heç birinə qarşı işləyə bilmərik. İranın xarici siyasəti balanslaşdırılmış xarici siyasətdir”, - deyə İran naziri qeyd edib.
Son günlər Azərbaycan və İran arasında gərginlik artıb. İran Azərbaycan hakimiyyətini İsrailin Azərbaycan-İran sərhədində olması ilə günahlandırıb.