Azərbaycan İranın iki şirkətinə məxsus kartof məhsulunun idxalını dayandırıb. Bu barədə sentyabrın 22-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Buna səbəb şirkətlər tərəfindən ölkəmizə ixrac edilən məhsulda kartof güvəsinin aşkar edilməsidir. Məsələ ilə bağlı Agentlik İran tərəfinə notifikasiya verib.