İran vətəndaşları və yük maşınları Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı və Ermənistan vasitəsi ilə Azərbaycanın Laçın şəhəri və Qarabağ bölgəsinə getməməlidirlər. Bu haqda oktyabrın 20-də İranın Yol və Nəqliyyat Təşkilatı məlumat yayıb.
Azərbaycan qanunlarına əsasən təyin olunan rəsmi sərhəd keçidlərindən kənar əcnəbi ölkələrin vətəndaşlarının bu ölkəyə girişi Azərbaycanın sərhədlərinin pozulması hesab olunur və buna görə həmin şəxslər məsuliyyət daşıyır.
[gallery columns="1" size="full" ids="10848"]