top
Rayonlara səyahət etmək istəyənlərin nəzərinə: “Rent a Car” şirkətlərindəki qiymətlər
21 mart 2022, 02:23
- ↺ +

Rayonlara səyahət etmək istəyənlərin nəzərinə: “Rent a Car” şirkətlərindəki qiymətlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Novruz bayramı ilə əlaqədar ölkəmizdə 9 günlük tətil olacaq. Bununla bağlı bir çox insanlar rayonlara üz tutur. Bölgələrə səfər edərkən avtomobilləri icarəyə verən şirkətlərə müraciət edənlər az deyil. İnsanoid Bakıdakı “Rent a Car” şirkətlərindəki icarə müddəti və ümumi qiymətlərlə bağlı araşdırma aparıb. Müqayisə üçün “Hyundaı ix35” markalı avtomobil, marşrut isə Bakı - Quba götürülüb.

“Ram Servis” müştərilərinə 90-dan çox avtomobil çeşidi təqdim edir. Burada avtomobilin icarə müddəti 2-3 günlük olarsa, 1 günün qiyməti 90 manat təşkil edəcək. İcarə şərtlərinə əsasən, 150 manat depozit ödənilməlidir. Minimal yaş həddi kimi 24 yaş göstərilib. Sürücülük təcrübəsi isə ən az 2 il olmalıdır.

Avtomobil parkında 80-dən artıq nəqliyyat vasitəsi olan “AFN”-də adıçəkilən maşın 2-9 günə kirayə götürülərsə, bir gün üçün qiymət 70 manat olacaq.  Şirkətin xidmətlərindən istifadə etmək üçün ən azı 2 illik sürücülük vəsiqəniz olmalıdır. Maşın icarə etmək üçün yaş həddi 24-dür. Depozit olaraq 200 manat qoyulmalıdır. Verilən məlumata görə, bayram günlərində avtomobillər minimum 4-5 günə icarəyə verilir.

“Nascar” şirkəti minik avtomobilin icarəsi üçün minimal icarə müddəti 2 gün olmaqla 75 manat istəyir. Depozit məbləği 300 manatdır, yaş tələbi isə 24 yaşdır. Həmçinin müştəridə 2 illik sürücülük təcrübəsinin olması mütləqdir. Lakin maşının markasından asılı olaraq, minimal sürücülük təcrübəsi üzrə tələb dəyişə bilər.

Avtomobilin kirayə müddəti 2-3 gün olmaqla, “Automile”-da 1 gün üçün 70 manat xərcləmək lazımdır. Burada depozit haqqı 200 manat təşkil edir. Şirkətin təqdim etdiyi xidmətdən 23 yaşdan yuxarı hər bir müştəri yararlana bilər. Sürücünün minimum 2 il stajı olmalıdır.

“Karavan” şirkətinə avtomobil icarəsi üçün 24-65 yaşında olan şəxslər müraciət edə bilərlər. Onlarda minimum 2 illik sürücülük təcrübəsi olmalıdır. Depozit 300 manatdır. Maşın 2-6 günlük götürülürsə ödəniş 80 manat olur.

“Best Rent” LLC-də Hyundai ix35-in 1 günlük icarəsi üçün 80 manat ödənilməlidir. Bu avtomobili minimum 3 gün müddətinə götürmək mümkündür. Müştərinin yaşının 21-dən az olmaması və 1 illik sürücülük vəsiqəsinin olması zəruridir. Bu maşının depozit məbləği 200 manatdır.

“Rent a car Baku Azerbaijan”da 70-dən çox nəqliyyat vasitəsi var. Bu şirkətdə minimum icarə müddəti 2 gün olmaq şərtilə maşının kirayəsi 1 günlük 70 manata başa gəlir. Minimum depozit məbləği 300 manatdır. Yaş həddi 24-65 yaşdır. Həmçinin burada ən azı 2 illik sürücülük stajına dair tələb var.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 18:02

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Yerli xəbərlər
Bu gün, 17:27

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
Bu gün, 15:40

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xarici xəbərlər
Bu gün, 14:19

Zelenski Kopenhagendə Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb

Yerli xəbərlər
Bu gün, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Bu gün, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Bu gün, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Bu gün, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Bu gün, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Bu gün, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Bu gün, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Bu gün, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Bu gün, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Bu gün, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Bu gün, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Oxşar xəbərlər