Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında Protokol Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib. Bu haqda 7 yanvar tarixində Türkiyənin “Rəsmi qəzet”ində məlumat verilib.
Qeyd edək ki, üç ölkə arasında Protokol oktyabrın 8-də İzmir şəhərində imzalanmışdır. Bu sənəd sərhəd keçidlərini asanlaşdırmaq və onların təhlükəsizliyini təmin etmək, gömrük məsələlərində hüquq-mühafizə üzrə əməkdaşlıq qurmaq, qaçaqmalçılığa qarşı birgə operativ tədbirlər görmək üçün təsdiq edilmişdir.
2021-ci il dekabrın 20-də Prezident İlham Əliyev sözügedən komitənin yaradılması haqqında Fərman imzalamışdır.