Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə oktyabrın 30-31-də Romada keçiriləcək “G-20” liderlərinin toplantısında görüşəcək. Bu barədə oktyabrın 12-də Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Türkiyə liderinin sözçüsü görüş çərçivəsində hansı məsələlərin müzakirə olunacağını deyib: “ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq dənizi və başqa bölgələrlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.