“Oktyabrın 26-da Azərbaycana səfərim baş tutacaq. Səfər çərçivəsində Bakıda olmaq nəzərdə tutulmayıb, amma Füzuli Hava Limanının açılışında iştirak edəcəyəm”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-də jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Qardaşım İlham Əliyevlə oradakı bir neçə magistral yolun açılışını edəcəyik və kənd təsərrüfatı ilə bağlı görülən işlərlə tanış olacağıq”, - deyə qonşu ölkənin dövlət başçısı qeyd edib.