Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük işgüzar səfər edəcək. Bu haqda oktyabrın 25-də Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Azərbaycan və Türkiyə prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.
Onlar Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.