"Ümid edirik ki, İran sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyənin ölkə başçısı bildirib ki, Azərbaycan Prezidenti qətiyyətli mövqedədir və heç bir güzəştə getmir. Eyni zamanda Azərbaycan müxtəlif ölkələrlə necə davranırsa, İsraillə də bu cür əlaqələri var və gələcəkdə də bunu davam etdirəcək.
“Bu məsələlərdə ölkələr bir-birinin qərar mexanizmlərinə təsir etməməlidir və edə bilməz”, - deyə T. Ərdoğan qeyd edib.