S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında tədris 14 gün müddətinə distant şəkildə keçiriləcək. Məsələ ilə bağlı Təhsil Nazirliyindən oktyabrın 14-də məlumat verilib.
Buna səbəb təhsil müəssisəsində bir neçə şagird və müəllimin koronavirus infeksiyasına yoluxmasıdır.
Oxşar hadisə Bakının mərkəzində yerləşən 23 nömrəli məktəbdə və Baku Oxford School-da qeydə alınmışdır.
Azərbaycanda indiyədək 241 sinif distant təhsilə keçid edib. Onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə onlayn dərslər davam edir.