Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat bugün saat 23:59-dək davam edəcək. Bu haqda Dövlət İmtahan Mərkəzi sentyabrın 16-da məlumat yayıb.
Namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
İmtahan sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində baş tutacaq.