Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib. Bu haqda məlumat Dövlət İmtahan Mərkəzinin saytında oktyabrın 18-da yerləşdirilib.
İxtisas seçimi 19 oktyabr saat 14:00-dək internet vasitəsilə keçiriləcək.
Boş qalan ixtisasların siyahısı ilə DİM-in rəsmi saytında tanış olmaq olar.
Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 yerdən ibarət olub. Onlardan 32 plan yeri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuşdur.