Azərbaycanın qadın karateçisi İrina Zaretska noyabrın 20-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında qızıl medal qazanıb.
İrina finalda Silviya Semeraro ilə qarşılaşıb. İtaliyalı rəqibi üzərində qələbə qazanan İrina karyerasında ikinci dəfə dünya çempionu adına yiyələnib.
Qeyd edək ki, bu, millinin Dubayda ikinci medalıdır. Bundan öncə Asiman Qurbanlı bürünc medal qazanmışdır.