“Rossiya” Hava Yolları mayın 1-dən etibarən Moskvadan Bakıya birbaşa müntəzəm reyslər yerinə yetirməyə başlayacaq. Bu haqda aprelin 22-də aviaşirkətin rəsmi portalında xəbər paylaşılıb.
Uçuşlar gündəlik olaraq paytaxtın “Şeremetyevo” hava limanından həyata keçiriləcək və bu istiqamətdə Aeroflot reyslərini əvəz edəcək.