Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılacaq. Bu barədə 4 oktyabr tarixində fərman imzalanıb.
Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun yaradılması məqsədilə dövlət büdcəsindən 500 min manat ayrılıb. Parkın Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 hektarlıq ərazidə fəaliyyət göstərəcəyi nəzərdə tutulub.
Azərbaycanda 5 Sənaye Parkı fəaliyyət göstərir. Onların sırasına Sumqayıt, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı Sənaye Parkları aiddir. Əlavə olaraq 2021-ci ilin may ayında Ağdam Sənaye Parkı yaradılıb. Hal-hazırda parkın infrastrukturun qurulması işləri aparılır.