Azərbaycanın Asiya və Avropa bazarlarını əlaqələndirmək üçün yeni imkanları yarana bilər. Trend bildirir ki, bu sözləri dekabrın 16-da Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Bakıda "Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri" adlı konfrans zamanı deyib.
Baş nazirinin müavinin sözlərinə görə, Rusiyanın Azərbaycana investisiyaları 4,5 milyard dollara, Azərbaycanın Rusiyaya investisiyaları isə 1,5 milyard dollara çatıb. “Rusiya biznesi Azərbaycanda işləməkdə maraqlıdır. İndi bizim qarşımızda Şimal-Cənub və Qərb-Şərq dəhlizlərini əlaqələndirmək imkanı yaranıb. Bundan bütün Avrasiya İqtisadi İttifaqı məkanı bəhrələnə bilər", - Aleksey Overçuk əlavə edib.