Rusiya-Azərbaycan sərhədində yerləşən “Taqirkent-Kazmalyar” beynəlxalq avtomobil buraxılış məntəqəsi yükdaşımalar üçün açılıb. Məlumat aprelin 29-da Federal Dövlət Təşkilatı “Rosgranstroy”un saytında yerləşdirilib.
Bu, sərhədyanı rayonların inkişafı, əlaqələrin gücləndirilməsi, cənub istiqamətində yükdaşımaların həcminin artırılması üçün vacib hesab edilir. “Taqirkent-Kazmalyar” ildə 700 min tondan çox yükün sərhəddən keçirilməsinə imkan verəcək.
Qeyd edək ki, sözügedən sərhəd keçidi 2020-ci ilin martında koronavirus pandemiyasına görə bağlanmışdır.