Rusiya Azərbaycana 6 milyard dollardan çox investisiya yatırıb. Azərbaycanın qonşu dövlətə yatırımı isə 1,2 milyard dollar təşkil edib. Bu haqda aprelin 26-da Baş nazirin müavini Şahin Mustafayevə istinadən Report xəbər verib.
O qeyd edib ki, Azərbaycanda mindən çox Rusiya şirkəti fəaliyyət göstərir.
Ş.Mustafayevin söylədiyinə əsasən, Rusiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət üçün 17 layihə təqdim ediblər.
Eyni zamanda, Baş nazirin müavini əlavə edib ki, Rusiyanın "KamAz" şirkəti Cəbrayılın "Araz Vadisi İqtisadi Zonası"nda servis mərkəzinin tikintisini iyunda başa çatdıracaq. “KamAz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli 2021-ci ilin oktyabrında qoyulub.