Gəndob-Xaçmaz-Yalama Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-cı kilometrindən ayrılan Padar yolu yenidən qurulub. Bu barədə oktyabrın 12-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
![]()
Padar kəndinə gedən yolun uzunluğu 2,5 kilometr təşkil edir. Layihənin sonuncu mərhələsində yol nişanları, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.
Yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.