top
Rusiya “Vaqner” vasitəsilə Ermənistanda çevrilişə hazırlaşır
08 sentyabr 2023, 06:18
- ↺ +

Rusiya “Vaqner” vasitəsilə Ermənistanda çevrilişə hazırlaşır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Ermənistanda çevrilişə hazırlaşdığı bildirilir. Bu barədə APA 8 sentyabr tarixində xəbər verib.

Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin sabiq rəhbəri Yevgeni Priqojinin ölümündən əvvəl Ermənistanda 3000-ə yaxın “vaqnerçi” olub.

Ermənistan mediasının yaydığı məlumata əsasən, yaxın vaxtlarda onlara (əsasən, Rostovdan) 2000-ə yaxın müqaviləli əsgər (əsasən, etnik ermənilər) qoşulub.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanı strateji tərəfdaş kimi seçməyin səhv olması və Rusiya rəhbərliyini Qarabağ məsələsində razılaşmalara əməl etməməkdə ittiham etməsi ilə bağlı son açıqlamalarını nəzərə alaraq, Kreml Ermənistanda dövlət çevrilişi ssenarisinə razılıq verib.

Kremlin planına görə, əsas məqsəd ölkədə mövcud olan “Vaqner” döyüşçülərindən istifadə edərək Paşinyan və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaqdır.

Həmçinin əlavə olunub ki, Rusiya Prezidenti Vladimir Putin üçün “son damla” erməni-amerikan hərbçilərinin birgə təlimləri olub.

Məlumata əsasən, hazırda Ermənistanda “vaqnerçi”lərin sayı 12 min nəfərə çatıb və onlara srağagün hərəkətə keçmək əmri verilib. Rusiya, əsasən, xeyli agentlərinin olduğu Ermənistan ordusunun, kəşfiyyat xidmətlərinin və polisinin yüksək rəhbərliyinə arxalanır, çünki orta və aşağı səviyyələrdə Rusiyaya dəstək çox zəifdir.

O da qeyd edilib ki, hazırda Paşinyanı əvəz etmək üçün Rusiyanın layiqli namizədləri yoxdur.

Həm də İrəvan və onun ətrafında çoxsaylı hərbi birləşmələrin mövcudluğu Paşinyanı devirmək məsələsində uğur ehtimalını xeyli dərəcədə azaldır. Bununla belə, əsas diqqət Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı təmas xəttində və iki ölkənin sərhədində sabitliyin pozulmasına yönəldilir.

Prosesin davamı olaraq, İrəvan şəhərinin meri vəzifəsinə rusiyayönümlü şəxslərin (Mane Tandilyan - Ruben Vardanyanın namizədi, Ayk Marutyan - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin namizədi, Andranik Tevanyan - ikinci Prezident, "Ermənistan” fraksiyasının lideri Robert Köçəryanın namizədi) namizədliyi irəli sürüləcək.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 09:40

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

Yerli xəbərlər
Bu gün, 09:19

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib

Yerli xəbərlər
Bu gün, 09:13

7–10 noyabrda nə işləyəcək? Banklar, ASAN xidmət və bayram tədbirləri

Xarici xəbərlər
Bu gün, 09:12

ABŞ-də son 16 ilin rekordu: Bir gündə üç ştatda edam hökmü icra olundu

Yerli xəbərlər
Bu gün, 00:01

Qəhrəmanlıq tarixi: Vətən müharibəsinin 41-ci gününə baxış

Xarici xəbərlər
Dünən, 22:47

6–7 noyabrda maqnit qasırğası gözlənilir: NOAA-dan yeni proqnoz

Yerli xəbərlər
Dünən, 17:13

Məryəm Üzərlidən Bakı paylaşımı: "Sizi sevirəm!" - FOTO

Yerli xəbərlər
Dünən, 16:13

Azərbaycanda kirayə gəlirlərinin vergiyə cəlb edilməsində yeni qaydalar tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 16:00

Prezident İlham Əliyev brazilyalı həmkarını təbrik edib

Yerli xəbərlər
Dünən, 15:56

Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN

Yerli xəbərlər
Dünən, 15:52

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Yerli xəbərlər
Dünən, 15:29

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

Yerli xəbərlər
Dünən, 14:07

Məzuniyyətin minimum müddətinin kompensasiyası qadağan edilir

Yerli xəbərlər
Dünən, 13:32

Sabah yağış yağacaq - Proqnoz

Yerli xəbərlər
Dünən, 13:20

Ərdoğan: "8 Noyabrda Azərbaycana səfər etməyi düşünürəm"

Yerli xəbərlər
Dünən, 12:59

Baytarlıq şəhadətnaməsinin dövlət rüsumu ləğv edilir

Yerli xəbərlər
Dünən, 12:54

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 12:44

Avtomobil və yükdaşıma bazarında dəyişikliklər: Yeni vergi qaydaları təklif olunur

Yerli xəbərlər
Dünən, 12:25

Yuxarı sinif şagirdlərinin bilik səviyyəsinə görə dünya reytinqi: Azərbaycan 63-cü yerdə

Yerli xəbərlər
Dünən, 12:05

Sürücülərin çoxunun bilmədiyi 10 qayda: Bu səhvlər cəriməyə səbəb olur

Yerli xəbərlər
Dünən, 12:03

Vergi Məcəlləsinə mühüm dəyişikliklər: Taksi, kuryer, çipsi və gözəllik sektorunda yeni qaydalar tətbiq olunacaq

Yerli xəbərlər
Dünən, 11:19

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Dünən, 11:13

FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb

Yerli xəbərlər
Dünən, 10:54

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Oxşar xəbərlər