Rusiyada çalışan Azərbaycan vətəndaşlarının oradakı sığorta stajı əsasında pensiya hüququ tanınacaq. Bu barədə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Sənədi hər iki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Sözügedən müqavilə Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.