Azərbaycan Rusiyanın “Stavropolskiy broyler” şirkətinə məxsus quşçuluq məhsulunun ölkəyə gətirilməsinə məhdudiyyət qoyub. Buna səbəb idxal olunan toyuq dərisində mikrobioloji göstəricilərin yüksək olmasıdır. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin rəsmi səhifəsində 21 avqust tarixində məlumat verilib.