Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmayıb. Bu barədə yanvarın 10-da Azərbaycanın Qazaxıstandakı Səfirliyinin müraciətində bildirilib.
Qeyd edilib ki, beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstanda yaşayan yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza köməklik göstərilir.
"Bu səbəbdən xatırladırıq ki, Səfirliyin [email protected] elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz", - deyə məlumatda vurğulanıb.
Yanvarın 2-də Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib. Yanvarın 19-na kimi ölkədə fövqəladə vəziyyət elan edilib.