“Məktəblərin bağlanmasını istəmirik. Mümkün qədər əyani təhsil formasının davam etməsini istəyirik”. Bunu oktyabrın 20-də Səhiyyə Nazirliyinin nümayəndəsi deyib.
Onun sözlərinə görə, hələ ki, belə hallar bağlanma qərarının verilməsi üçün çox deyil: “Ayrı-ayrı yerlərdə xəstələnmə halları olursa, lokal tədbirlər görülür. Bu məktəblərin bağlanması daimi deyil, 14 gün sonra açılır. Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə belə yanaşma var”.
Mütəxəssis qeyd edib ki, yoluxmada artım var və olacaq. “Hər bir vətəndaş üzərinə düşən işi görsə, peyvəndlənmədə iştirak edənlər çox olsa, daha yoluxucu ştam gəlməsə, demək olar ki, bu xəstəliyin ağır hallarını keçmiş olacağıq və xəstəliyi idarə etmək bacarığımız olacaq”, - deyə nazirlik nümayəndəsi bildirib.