Ötən il Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən 32 saxta diplom aşkar edilib. Bu haqda yanvarın 6-da qurumdan məlumat verilib.
Diplomların saxta olduqları tibb işçilərinin işə qəbulu və sertifikasiyası tədbirlərinin aparılması zamanı müəyyənləşib.
Qeyd olunub ki, 29 diplomun saxtalaşdırılması şübhə doğurduğundan toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
“3 diplomla bağlı araşdırma davam edir. Araşdırma tamamlandıqdan sonra bu sənədlərin aidiyyəti orqana göndərilməsi təmin olunacaq”, - deyə məlumatda bildirilib.